AZ EN RU

Naxçıvanda faqot ifaçısı Ümüd Musayevin solo konserti keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında faqot ifaçısı Ümüd Musayevin solo konserti keçiriləcək. Konsert Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunub.Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiət etdiyi musiqili gecədə Azərbaycan, Rus və Avropa bəstəkarlarının əsərləri təqdim olunacaq. Orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanovdur. Ümüd Musayevi  fortepianoda  Beynəlxalq müsabiqələr laureat Aynur Abdullayeva və Respublika müsabiqələr laureatı Nilufər Əliyeva müşayiət edəcək.

Konsertə giriş sərbəstdir.

      Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.02.2024 12:38