AZ EN RU

Naxçıvanda evlər subasmaya məruz qalıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan səhərinə intensiv yağışlar nəticəsində bəzi fərdi evlərin və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Məlumat əsasında əraziyə Mülki müdafiə alayının müvafiq qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir. Ətraflı məlumat veriləcək.

Nəşr edilib : 18.02.2024 20:08