AZ EN RU

Naxçıvanda əsas kapitala nə qədər vəsait yönəldilib?

Cari ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 495 min 400 manat vəsait yönəldilib.
"Şərq qapısı" xəbər verir ki, bu da bir il öncəki göstəricidən 27,3 faiz azdır. Əsas kapitala vəsait qoyuluşunun 29 milyon 427 min 500 manatı və ya 80,6 faizi tikinti-quraşdırma işlərinin payına düşub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz azdır.

Nəşr edilib : 14.05.2024 12:20