AZ EN RU

Naxçıvanda əmlak xidmətlərinə müraciətlər kəskin artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlər üzrə müraciətlərin operativ icrası, çevikliyin artırılması, vətəndaşlarla təmasların minimuma endirilməsi, vaxt itkisinin aradan qaldırılması üçün elektron xidmətlərin əhatə dairəsini genişləndirib. 

Xidmətdən “Şərq qapısı”na bildirilib ki, 2024-cü ilin 6 ayında göstərilən xidmətlər üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən 2438 elektron müraciət daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

Nəşr edilib : 17.07.2024 16:18