AZ EN RU

Naxçıvanda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası mart ayının 17-də Naxçıvan şəhərində keçirilib. 
Tədbirdə çıxış edənlər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildiriblər ki, muxtar respublikamızda işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir.
Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 21-i özəl, 17-i dövlət olmaqla 38 müəssisədən 350 boş iş yeri təqdim edilib. Yarmarkada 192 vətəndaş qeydiyyata alınıb.
Qeyd edək ki, 2023-cu il ərzində daha 8 əmək yarmarkası keçiriləcək.

Nəşr edilib : 17.03.2023 13:59