AZ EN RU

Naxçıvanda elektrik xəttində qəza baş verib

Bu gün səhər saat 06:30-dan etibarən Naxçıvan şəhərinin İstiqlal  küçəsində işıqların sönməsinə gətirib çıxaran qəza baş verib

Qəza nəticəsində bir neçə binaya işığın verilməsi dayandırılıb. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən verilən məlumata görə, 18 nömrəli hava elektrik xəttində qəza baş verib. Nəticədə, bir neçə binaya işığın verilməsində fasilə yaranıb. Qəza baş verən saatlarında başlayaraq, xidmətin əməkdaşları tərəfindən bərpa işləri davam etdirilir.
Qarşıdakı bir neçə saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq.

Nəşr edilib : 12.01.2024 09:00