AZ EN RU

Naxçıvanda elektrik enerjisinin ödənişlərinin terminallarda ödənişi bərpa olunacaq

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin strukturuna daxil olan şəhər və rayon Elektrik Şəbəkələri abonentlərin istifadə etdikləri aylıq elektrik enerjisinin dəyərinin qəbul edilməsinə və smarkart tipli sayğacların balansının artırılmasına görə “Naxçıvanpoçt” publik hüquqi şəxslə, “Naxçıvanbank” ASC, “GoldenPay” ASC ilə, “AzIn Telekom” MMC (smartpay) və “Kapital Bank”la xidmət haqqı ödənilməsi üçün müqavilə bağlayıblar.
“Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyindən 23 iyun 2024-cü il tarixində saat 23:00-da ona məxsus ödəmə məntəqələrində elektrik enerjisinin dəyərinin ödənilməsi və smarkart tipli sayğacların balansının artırılması dayandırılmışdır. 
Məlumat üçün bildirək ki, “Naxçıvanbank” ASC-yə məxsus 116 ədəd ödəmə məntəqəsi “MPAY” Qapalı Səhmdar Cəmiyyətinə satılmış, xidmət onlara verilmişdir. 
“MPAY” Qapalı Səhmdar Cəmiyyəti smart kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlər məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və “Naxçıvanbank” ASC arasında olan müqavilənin şərtlərinə uyğun olaraq ödəmə məntəqələrindən istifadə etməklə bağlı yeni xidmət müqaviləsinin bağlanılması üçün müraciət etmişdir.
Qeyd edək ki, muxtar respublika üzrə 32396 abonentin smart kart tipli elektrik sayğaclarının balansının artırılması yalnız “Naxçıvanbank” ASC-nin ödəmə məntəqələrində və “Naxçıvanpoçt” publik hüquqi şəxsin poçt bölmələrində həyata keçirildiyi üçün “Naxçıvanpoçt” publik hüquqi şəxsin poçt bölmələri saat 18:00-dan sonra işləmədiyi və ödəmə məntəqələrinin fəaliyyətini dayandırması səbəbindən abonentlər balanslarının artırılmasında çətinliklərlə üzləşirlər. 
Xidmət tərəfindən bu problemin həll edilməsi istiqamətində işlər görülür. Artıq müvafiq şirkətlə müqavilə imzalanıb. 
Yaxında bu məsələ öz həllini tapacaq.

Nəşr edilib : 19.07.2024 13:37