AZ EN RU

Naxçıvanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin Peşə Bayramı qeyd edilib

Nazirlik kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 Tədbiri giriş sözü ilə açan nazir müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev əvvəlcə kollektivi səmimi-qəlbdən təbrik edib, Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə 2001-ci il mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından, ekologiya sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan, nazirliyin ötən 23 ildə əldə etdiyi uğurları və gələcək hədəfləri barədə danışıb.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasınının sədri 
Qəzənfər Abdullayev nazirliyin kollektivini təbrik edib, əhalinin sağlam ekoloji mühitdə yaşamasının təmini üçün səylə çalışan ekoloqların muxtar respublikanın ekologiyası üçün göstərdiyi səmərəli fəaliyyətlərindən danışıb, onlara işlərində uğurlar arzu edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasınının müvafiq Qərarı ilə nazirliyin və qurumlarında işləyən əməkdaşlara Fəxri fərmanlar və mükafatlar təqdim edilib. 
Nazirlik tərəfindən səmərəli əmək fəaliyyətinə görə fərqlənən əməkdaşlar və aktiv könüllülər təltif edilib.  Sonda nazirliyin fəaliyyətini əks etdirən videoçarxa baxış olub.

Nəşr edilib : 23.05.2024 20:40