AZ EN RU

Naxçıvanda əhalinin sayı artıb

1 aprel 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir  il öncəyə nisbətən 2780 nəfər və ya 0,6 faiz artaraq 469061 nəfər olub.
Bu barədə "Şərq qapısı"-da Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib. Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 766,7 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur.

Nəşr edilib : 14.05.2024 12:16