AZ EN RU

Naxçıvanda E-sağlam mobil tətbiqi istifadəyə veriləcək

Naxçıvan Muxtar Respublikasında əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının daha da artırılması, müasir tibbi xidmətin təşkili üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən işlərin davamı olaraq E-Səhiyyə xidmətlərinin formalaşdırılması və E-sağlam mobil tətbiqinin hazırlanması planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına əsasən E-Səhiyyə xidmətlərinin formalaşdırılması və E-sağlam mobil tətbiqinin hazırlanması məqsədilə ötən il avqustun 29-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Oktyabrın 2-də müsabiqə uğurla yekunlaşıb. Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “TİM CONSULTİNG” MMC ilə dekabrın 26-da satınalma müqaviləsi imzalanıb. Sözügedən tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 100.000,0 manat vəsaitin 70.000,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 30.000,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

 

 

Nəşr edilib : 17.01.2024 17:14