AZ EN RU

Naxçıvanda döyüş gecəsi

İyun ayında Naxçıvanda kikboksinq üzrə döyüş gecəsi keçiriləcək.

Bunu, tanınmış türk aparıcı Tarık Sayın ötən gün türk mətbuatına verdiyi açıqlamada dilə gətirib: “Naxçıvan mənim ikinci vətənimdir. Orada bir çox istedadlı gənc var. Belə mötəbər qala gecəsini keçirməyimizdə məqsəd naxçıvanlı idmançıları dünya idman ictimaiyyətinə tanıtmaqdır”.

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev və tanınmış naxçıvanlı idmançı Etibar Qəribovla bu məsələ ilə bağlı danışdığını da qeyd edən Tarık Sayın, gələcək aydan etibarən hazırlıqlara başlayacaqlarını da vurğulayıb.

Nəşr edilib : 02.03.2023 14:47