AZ EN RU

Naxçıvanda Dövlət Yol Polisi məktəblərdə “Diqqət, uşaqlar” layihəsi keçirir

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsi “Diqqət, uşaqlar!” layihəsinə start verib. İdarənin əməkdaşları yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəblərdə maarifləndirici tədbir keçirərək, zəruri yol-nəqliyyat qaydalarını uşaqlara aşılayırlar.

Layihənin təşkilində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin əməkdaşları məktəblərdə təşkil olunan görüşlərdə şagirdlərə yol hərəkəti qaydaları, həmçinin piyada və nəqliyyat işıqforları, nizamlanan və nizamlanmayan piyada keçidlərindən keçmək qaydaları və yol nişanları barədə ətraflı məlumat verirlər.

Həmçinin görüşlər zamanı məktəblilərin təklifləri dinlənilir və sualları cavablandırılır.

Nəşr edilib : 02.10.2023 17:50