AZ EN RU

Naxçıvanda dövlət filarmoniyaları üçün musiqi aləti və texniki avadanlıqların satın alınmasına başlanılıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda mədəniyyətin inkişafı ilə bağlı qarşıya qoyulan tələblər uğurla icra olunur.  Belə ki, bu ilin yanvar ayından başlayaraq Nazirliyin və tabeli  müəssisələrin maddi-texniki təminatının gücləndirilməsinə, musiqi alətləri və texniki avadanlıqların satın alınmasına başlanılıb. Naxçıvan Dövlət Filarmoniyasına və Naxçıvan Dövlət Uşaq Filarmoniyasına ehtiyac olan musiqi aləti və texniki avadanlıqların satın alınması, yerində quraşdırılması və sazlanmasi üzrə elan olunmuş açıq tenderin yekununa görə  musiqi aləti və texniki avadanlıqların təxminən 8 faizi alınıb.

Eyni zamanda, nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə lazım olan kompüter və avadanlıqların satınalınması ilə əlaqədar  “etender.gov.az” portalı vasitəsilə elan olunmuş açıq tenderin yekununa görə  kompüter və avadanlıqların hamısı alınaraq aidiyyatı üzrə bölüşdürülüb.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2024 17:06