AZ EN RU

Naxçıvanda dövlət əmlakının reyestr proqram təminatı yaradılacaq

Naxçıvanda dövlət əmlak məsələlərinin müasir tələblər səviyyəsində tənzimlənməsi üçün müvafiq işlərin icrası diqqətdədir. Görülən işlər çərçivəsində dövlət əmlakının reyestr proqram təminatının yaradılması və inteqrasiyası nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə bu məqsədlə ötən il noyabrın 13-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Dekabrın 12-də müsabiqə uğurla yekunlaşıb. Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “DATA TECHNOLOGİES” MMC ilə dekabrın 26-da satınalma müqaviləsi imzalanıb. Sözügedən proqram təminatının yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 50.000,0 manat vəsaitin 32.300,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 17.700,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.01.2024 17:13