AZ EN RU

Naxçıvanda Dövlət Arxiv İdarəsinin saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin müasir standartlara cavab verən yeni veb-saytı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan yeni internet resursu dizayn və quruluş baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilməklə yeni bölmələr əlavə edilib.

Sözügedən saytda arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların və sənədlərin surətlərinin verilməsi, müraciətlərin və sənədlərin elektron qəbulu, vətəndaş müraciətləri və idarənin fəaliyyət sahələri ilə bağlı digər məlumatlar yerləşdirilib.

Hazırda sayta www.nmilliarxiv.gov.az ünvanından daxil olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat     Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.05.2024 19:44