AZ EN RU

Naxçıvanda Data Mərkəz inşa ediləcək

Naxçıvan Muxtar Respublikasında Data Mərkəzin inşa edilməsi və müvafiq texniki infrastrukturun yaradılması planlaşdırılır. Bunun üçün ötən il noyabrın 18-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib.  Dekabrın 18-də müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “KOÇ SİSTEM AZƏRBAYCAN” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Data Mərkəzin inşası və müvafiq texniki infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 2 000.000,0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.01.2024 12:01