AZ EN RU

Naxçıvanda daha bir sinfə şəhidimizin adı verilib

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 4-b sinfinə şəhid Emin Sadiqovun adı verilib. Bu münasibətlə 12 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Məktəbin direktoru Tahirə Qasımova Vətən müharibəsi zamanı igid oğullarımızın göstərdiyi qəhrəmanlıqdan, tarixi qələbəmizdən danışıb.

Sonra şəhid Emin Sadiqovun döyüş yolu, qəhrəmanlığı barədə şagirdlərə ətraflı məlumat verilib.

Şəhidin anası Gülşad Rüstəmova məktəbin kollektivinə təşəkkür edib, şəhidimizin həyat yolundan və qəhrəmanlığından danışıb.

Nəşr edilib : 15.03.2024 10:30