AZ EN RU

Naxçıvanda daha bir ödənişsiz tibbi aksiya

Liv Bona Dea Hospitalın mütəxəssis, həkim-pediatrları 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə özəl Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək.

Tibbi aksiya 30-31 may tarixlərində Naxçıvan Diaqnostika - Müalicə Mərkəzində baş tutacaq. 

Aksiya çərçivəsində hospitalın 5 yüksəkixtisaslı həkim heyəti – uşaq ürək-damar cərrahı Şiraslan Baxşəliyev, uşaq kardioloqu Bəhruz Əliyev, pediatr-neonatoloq Kamil Şərifov, uşaq-endokrinoloqu Cəmalə Məmmədova və pediatr Vəfa İsayeva muxtar respublikanın balaca fidanlarına tibbi xidmət göstərəcək, tibbin müxtəlif istiqamətləri üzrə müayinə və müalicələri həyata keçirəcəklər.

Tibbi aksiya xalqımızın unudulmaz Lideri, Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə keçiriləcək.

Nəşr edilib : 26.05.2023 14:36