AZ EN RU

Naxçıvanda daha bir modern layihə

Ailə sağlamlıq mərkəzi tikiləcək 

Naxçıvan şəhərinin Babək məhəlləsində (üçüncü mikrorayon, 4 nömrəli marşrutun sonuncu dayanacağı olan ərazi) “Ailə-sağlamlıq mərkəzi” tikilməsi planlaşdırılıb.  

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.  Təsdiq edilmiş layihəyə əsasən, geniş bir ərazidə (83 sot)  tikiləcək mərkəzdə 450 nəfər muxtar respublika sakini işləyəcək və 2023-cü ilin sonunda başlayan inşaat işləri 2 ilə başa çatacaq. 

Nəşr edilib : 11.08.2023 15:38