AZ EN RU

Naxçıvanda da brayl əlifbası ilə səsvermə imkanı yaradılıb

Görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslərin seçkilərdə rahat iştirakını təmin etmək məqsədilə brayl əlifbası ilə trafaretlər çap olunub bütün seçki məntəqələrinə təqdim edilib.

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində qeydiyyatda olan gözdən əlil vətəndaş da bu şəraitdən istifadə edərək səs verib. Səsvermədə iştirak edən Elməddin Kərimov təəssüratlarını qəzetimizlə bölüşərək bildirdi ki, mən də vətəndaş kimi seçki hüququmdan istifadə etdim. Bizim üçün bu şəraitin yaradılmasına sevindim. Tam rahatlıqla ailəmlə birlikdə seçkidə iştirak etdik və seçdiyimiz namizədə səs verdik.

Nəşr edilib : 07.02.2024 10:50