AZ EN RU

Naxçıvanda çimərlik mövsümünə start verilib

Uzunoba İstrahət Mərkəzində növbəti çimərlik mövsümünün açılışı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasıının Gənclər və İdman, Fövqəladə Hallar nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib. Çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda bütün sahələrdə insanların rahatlığının təmin edilməsi, isti yay günlərində yerli sakinlərinin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Uzunoba Su Anbarında yaradılan çimərlikdir. Yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verilib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışılıb.

Çimərlik ərazisində yüksək istrahət və nümunəvi xidmətin təşkili məqsədilə abadlıq və qurucuculuq işləri görülüb. Təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılıb. Fövqəladə Hallar Nazirliyinin 5 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq. Burada həm böyüklər, həm  də uşaqlar üçün çimərlik zonaları mövcuddur. 

Qeyd edək ki, çimərlikdən saat 09:00-dan 19:00-dək, ərazidəki kafe-restoran isə gecə saatlarınadək fəaliyyət göstərəcək.  

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.06.2024 21:09