AZ EN RU

Naxçıvanda caz sədaları

Mayın 31-də Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Naxçıvanda caz sədaları" adlı konsert keçirilib. 
Bir-birindən maraqlı caz musiqiləri tamaşaçılarda xoş ovqat yaradıb. 
Səsləndirilən ifalar dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Nəşr edilib : 31.05.2024 20:16