AZ EN RU

Naxçıvanda çalışan tibb işçiləri Türkiyədə təcrübə keçəcəklər

Bu məqsədlə Qazi Universitetinə göndəriləcək heyətin müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi müsahibə elan edib. Müsahibədə baş tibb bacıları və böyük tibb bacıları iştirak edir.

Ölkədaxili və xaricində fəaliyyət göstərən tibb müəssisələrində təcrübə mübadiləsi proqramında iştirak etməsi nəzərdə tutulan tibb işçilərinin ixtisas üzrə bilik və bacarıqlarının, peşə hazırlığı səviyyəsinin və müəssisədaxili etik davranış qaydalarının qiymətləndirilməsi və seçilməsi məqsədilə komissiya tərəfindən qiymətləndirmələr aparılıb.

Türkiyənin  Qazi Universitetinə gedəcək tibbi heyət  yanvar ayında mübadilə proqramınin ilk mərhələsində iştirak edəcək. Geri döndükdən sonra Naxçıvanda müvafiq xəstəxanalarda öz biliklərini yerli personalla bölüşəcəklər.

Nəşr edilib : 29.12.2023 10:50