AZ EN RU

Naxçıvanda bugün bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən "Şərq qapısı" qəzetinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Babək Rayonu Elektrik Şəbəkəsi 35 kV-luq “Kərimbəyli” hava elektrik verilişi xəttində aparılan profilaktik təmir işləri ilə ələqədar Kərimbəyli, Yarımca, Hacıvar, Badaşqan, Qahab, Naxışnərgiz, Dizə, Nəhəcir, Zeynəddin, Sirab, Kültəpə, Nəcəfalıdizə, Qaraqala, Kalbaorucdizə kəndlərinə və “Sirabzavod” ASC-yə elektrik enerjisi verilişində müvəqqəti fasilələlər yaranacaq.
Həmçinin 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasından qidalanan 10 kV-luq “Şıxmahmud” hava xəttində aparılan profilaktik təmir işləri ilə ələqədar saat 13:00-dan 14:00-dək Şıxmahmud və Xəlilli kəndlərinə elektrik enerjisi verilişində müvəqqəti fasilələlər yaranacaq.

Nəşr edilib : 04.03.2024 10:55