AZ EN RU

Naxçıvanda bu ilin yanvar-aprel ayları ərzində 2987 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində 2987 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Cari ilin ilk 4 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1097-u fərdi yaşayış evi, 490-ı mənzil, 1237-i torpaq sahəsi, 50-i qeyri-yaşayış binası, 98-i qeyri-yaşayış sahəsi, 12-i əmlak kompleksi, 2-i bağ evi,1-i isə çoxmərtəbəli yaşayış binasıdır.  

Qeyd olunan dövrdə 2055 texniki pasport tərtib edilib.

Nəşr edilib : 17.05.2024 10:35