AZ EN RU

Naxçıvanda bu ilin 8 ayında 454 daimi yeni iş yeri açılıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 454 daimi yeni iş yeri açılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi "X" hesabında paylaşım edib.

İş yerlərinin 47-si dövlət, 407-si özəl sektorun payına düşür. Onlardan 357-si Naxçıvan şəhərində, 50-si Şərur, 30-u Babək, 7-si Ordubad, 5-i Kəngərli və 5-i Şahbuz rayonlarında yerləşir.

Nəşr edilib : 12.10.2023 17:00