AZ EN RU

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir- YENİLƏNƏCƏK

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Vəkillər kollegiyalarının birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin 101, Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir.

"Şərq qapısı" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. 

"Naxçıvan Saray"da təşkil olunan konfransda Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və başçılıq etdiyi nümayəndə heyəti, eləcə də deputatlar, vəkillər, III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə və digər rəsmilər iştirak edirlər.

Nəşr edilib : 08.05.2024 10:29