AZ EN RU

“Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi" mövzusunda konfrans keçirilir

Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi" mövzusunda konfrans keçirilir.

"Şərq qapısı" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, konfransda Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov və  Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xalıyev çıxış edəcək, “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət mexanizmləri”, “Naxçıvan Muxtar Respublikasının turizm potensialı”, “Naxçıvan Muxtar Respublikasında aqrar sahə”, “Naxçıvan Muxtar Respublikasının ixrac potensialı”, “Naxçıvan Muxtar Respublikasının nəqliyyat-logistika potensialı”, “Naxçıvan Muxtar Respublikasında İnvestisiya Təşviqi” və “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” mövzularında təqdimatlar olacaq. Həmçinin Naxçıvan Muxtar Respublikası "Sahibkarlığın İnkişafı Fondu" Publik Hüquqi Şəxsi ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulub.

Nəşr edilib : 26.07.2024 11:11