AZ EN RU

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Hadisə bugün Naxçıvan şəhərində qeydə alınıb. Dəm qazının sızması nəticəsində Naxçıvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Cəfərova Sevinc Yaqub qızı, 2005-ci il təvəllüdlü Qasımova Rəna Tural qızı və Qasımov Hüseyn Tural oğlu zəhərlənib. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardım göstərilən zərərçəkənlərin vəziyyətləri normaldır. Verilən məlumata görə, onlar bugün evə buraxılacaq.

Nəşr edilib : 21.01.2024 15:37