AZ EN RU

Naxçıvanda beynəlxalq gimnastika turniri keçiriləcək

Bu ilin 21-22 sentyabr tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of nature” adlı beynəlxalq turnir keçiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək turnir 2008-2017-ci il təvəllüdlü gimnastları əhatə edəcək. Turnirə qeydiyyat davam edir.

Naxçıvan Atletika Federasiyasının bədii gimnastika bölməsinin baş məşqçisi Humay Qafarovanın rəhbərliyi ilə yarışda iştirak edəcək “Naxçıvan” komandasının idmançı siyahısı Təranə Əlizadə, Mədinə Novruzlu, Nilufər Kərimli, Damla İsgəndərli, Dəniz Əliyeva, İlay Sangur, Dəniz Həsənova, Səma Ələkbərli, Damla Əliyeva, Aydan Hüseynli, Fidan Hüseynli və Mehriban Quliyevadan ibarətdir.

Qeyd edək ki, turnir fərdi və komanda xarakteri daşıyır. Naxçıvan gimnastları fərdi yarışlarda baracığını nümayiş etdirəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.09.2023 16:05