AZ EN RU

Naxçıvanda bayram günlərində 1000-dən çox qurban kəsilib

Qurban bayramı günlərində muxtar respublika üzrə 8 ünvanda fəaliyyət göstərən qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 5-də həm kəsim, həm satış, 2-də qurbanlıq heyvanların yalnız satışı,1-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunub.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən "Şərq qapısı"-na verilən məlumata görə, agentliyin nəzarəti ilə Qurban Bayramı günlərində Naxçıvan şəhərində 205 baş xırdabuynuzlu, 3 baş iribuynuzlu, Şərur rayonunda 142 baş xırdabuynuzlu, 42 baş iribuynuzlu, Babək rayonunda 51 baş xırdabuynuzlu, 23 baş iribuynuzlu, Ordubad rayonunda 74 baş xırdabuynuzlu, 11 baş iribuynuzlu, Culfa rayonunda 368 baş xırdabuynuzlu, 16 baş iribuynuzlu, Sədərək rayonunda 3 baş xırdabuynuzlu, 11 baş iribuynuzlu, Kəngərli rayonunda 36 baş xırdabuynuzlu, 17 baş iribuynuzlu və Şahbuz rayonunda 23 baş xırdabuynuzlu, 5 baş iribuynuzlu olmaqla, ümumilikdə muxtar respublika üzrə 902 baş xırdabuynuzlu və 128 baş iribuynuzlu heyvan kəsilib.
Bununla yanaşı, Naxçıvan şəhərində 105 baş xırdabuynuzlu, Şərur rayonunda 63 baş xırdabuynuzlu və 15 baş iribuynuzlu heyvan satılıb.

Nəşr edilib : 19.06.2024 13:10