AZ EN RU

Naxçıvanda baş verən qəzada 3 nəfər ölüb

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Şərq qapısı" xəbər verir ki, hadisə Vayxır kəndi ərazisində qeydə alınıb. Yağışlı havada "Niva" markalı avtomobillə "Hyundai-Santa fe" markalı avtomobil toqquşub. Nəticədə "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu və "Hyundai"də olan sərnişinlər Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb.

Xəsarət alanlar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 19.03.2024 13:12