AZ EN RU

Naxçıvanda bank əməkdaşları arasında keçirilən minifutbol turniri baça çatıb

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən  regionda fəaliyyət göstərən banklar arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin final mərhələsi keçirilib.

"Naxçıvanbank" ASC və "Bank Respublika" ASC-nin Naxçıvan filialının komandaları arasında baş tutan final oyunu gərgin mübarizə şəraitində keçib. Görüş "Bank Respublika" kollektivinin qələbəsi ilə başa çatıb.

Mükafatlandırma mərasimində Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Elçin Əliyev və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı qalib komanda üzvlərinə kubok və diplomlar təqdim ediblər.

Qeyd edək ki, 12 komandanın iştirak etdiyi turnirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin komandası ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən bank, sığorta və digər kredit təşkilatlarının komandaları  da mübarizə aparıblar.

Nəşr edilib : 12.05.2023 16:00