AZ EN RU

Naxçıvanda azyaşlı uşağın xəsarət görməsinin qarşısı alınıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupu çağırış üzrə hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2019-cu il təvəllüdlü uşaq velosiped sürərkən ayağının pedalın dəmirinin arasına keçməsi nəticəsində köməksiz vəziyyətdə qalıb. 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə velosipedin pedalının dəmirini kəsərək uşağı xilas edib və valideynlərinə təhvil veriblər.

Nəşr edilib : 19.06.2024 16:14