AZ EN RU

Naxçıvanda “Azerbaijan İndustry Week” təşkil olunacaq

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 17-21 oktyabr tarixlərində Caspian Energy Club tərəfindən “Azerbaijan İndustry Week” layihəsi keçiriləcək. Bu tədbir çərçivəsində Caspian Energy Club-un fəaliyyət göstərdiyi xarici ölkələrdən sahibkarlara Azərbaycanda olan sənaye potensialının imkanları açılacaq. 

Bu layihə çerçivəsində oktyabrın 17-də Caspian Energy Club nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri təşkil olunacaq. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində Caspian Energy Club-ın nümayəndə heyətinin naxçıvanlı sahibkarlarla görüşü keçiriləcək.

İndustry Week-də iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: info@neconomy.gov.az 

Tel.: (060-330-03-33) 

Əlaqələndirici şəxs: Rza İbrahimli

Nəşr edilib : 16.10.2023 13:09