AZ EN RU

Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Abbasov Elnur Rafiq oğlunu vurub. Baş nahiyyəsindən xəsarət alan piyadanın həmçinin ayağı qırılıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 23.02.2024 00:12