AZ EN RU

Naxçıvanda avtomobil aşıb, bir nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistral yolunda avtomobil aşıb, bir nəfər xəsarət alıb.
Hadisə bugün Şərur rayonu Püsyan kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin Şərur rayon Xanlıqlar kənd sakini, 1953-cü il təvəllüdlü İmanova Nazənin Mahmud qızı xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 23.01.2024 10:32