AZ EN RU

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin "4 yol" ərazisində qeydə alınıb. Avtomobil yolu keçən Babək rayon sakini, 2015-ci il təvəllüdlü Allahverdiyev Ələkbər İqbal oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 26.01.2024 15:01