AZ EN RU

Naxçıvanda avtomobil 40 yaşlı qadını vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verir. Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1984-cü il təvəllüdlü Gülalıyeva Təzəgül Cəfərxan qızını vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 29.02.2024 16:11