AZ EN RU

Naxçıvanda aviakassaların iş vaxtı dəyişib

    Naxçıvanda aviakassaların iş vaxtı daha 2 saat artırılıb. Sərnişin sıxlığı nəzərə alınaraq artıq muxtar respublika ərazisindəki bütün aviakassalar səhər saat 0700-dan axşam saat 1900-dək fəaliyyət göstərəcək. Bu barədə Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib.  Qeyd edək ki, hazırda biletlərin onlayn satışı da həyata keçirilir.
     AZAL-ın rəsmi saytında aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən videotəlimat yerləşdirilib.

Nəşr edilib : 07.07.2023 16:52