AZ EN RU

Naxçıvanda aprel ayının hava proqnozu açıqlanıb

Aprel ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Aprel ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-59 mm).

Nəşr edilib : 31.03.2023 15:38