AZ EN RU

Naxçıvanda ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) informatika və coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə test imtahanı keçirir.
İmtahanlar saat 10:00-da başlayacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə 502 abituriyent iştirak edir. İmtahanın idarə olunmasına 6 rəhbər, 51 nəzarətçi ayrılıb. 
İmtahan saat 10:00-da başlanıb və 1 saat davam edəcək.

Nəşr edilib : 09.06.2024 09:15