AZ EN RU

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,7 faiz artaraq 14.273 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22,5 faiz artıb və 413 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 17 faiz artaraq 5.206-ya çatıb.

Nəşr edilib : 14.11.2023 12:03