AZ EN RU

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 18 min 841-ə çatıb

Naxçıvan Muxtar Respublikasında 1 iyul 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 21,5 faiz artaraq 18 min 841 olub. 

 Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 19,6 faiz artıb və 512 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,3 faiz artaraq 5664-ə çatıb.

Nəşr edilib : 10.07.2024 17:58