AZ EN RU

Naxçıvanda aksiz markasız siqaretlərin satışı ilə məşğul olan şəxslər saxlanılıb - FOTOLAR

Naxçıvan Muxtar Respublika DİO-nun əməkdaşları aksiz markasız siqaretlərin topdan və pərakəndə satışı ilə məşğul olan şəxsləri müəyyənləşdirərək saxlayıblar. 

Babək RPİ-nin əməkdaşları Nehrəm şəhər sakini Əsəd Əsədovdan, Naxçıvan ŞPİ-nin əməkdaşları Naxçıvan şəhər sakini Elxan Qasımovdan, Cəhri PB-nin əməkdaşları Nehrəm qəsəbə sakini Elçin Niyazovdan, Kəngərli RPŞ-nin əməkdaşları isə Şərur rayon Yengicə kənd sakini İslam Məhərrəmovdan ümumilikdə 1580 qutu siqaret aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.

Nəşr edilib : 20.02.2023 18:54