AZ EN RU

Naxçıvanda abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə şəhər və rayon təhsil şöbələrində dəstək mərkəzləri yaradılıb

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə şəhər və rayon təhsil şöbələrində dəstək mərkəzləri yaradılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mərkəzlərdə ödənişsiz məsləhət xidməti, ixtisaslar haqqında məlumat və peşəkarlar tərəfindən ixtisas seçiminə dəstək göstəriləcəkdir.

Nəşr edilib : 11.08.2023 15:40