AZ EN RU

Naxçıvanda 9,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər nəticəsində muxtar respublikada sosial ödənişlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri qurulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Şərq qapısı"na verilən məlumata görə, Muxtar Respublikada 9,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada ödənişlər təyinatı həyata keçirilib.

Eyni zamanda artıq Naxçıvan MR-də də e-sosial.az portal üzərindən pensiya barədə məlumat ala bilmək, e-arayışlar əldə etmək imkanı yaradılıb.

Nəşr edilib : 02.04.2024 17:44