AZ EN RU

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib

Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə Culfa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 755 min 620 kol, Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 18 min 500 kol, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789 min 884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Nəşr edilib : 22.06.2024 18:46