AZ EN RU

Naxçıvanda 700 ailəyə qurban sovqatları verilib

Qurban həm də birlik, həmrəylik nümayiş etdirmək və yardımlaşmaq bayramıdır. Bu əziz gündə sosial qayğıya ehtiyacı olan insanlar yad edilir, onlara qurban sovqatları paylanılır. Bu gün muxtar respublikada “Himal Holdinq” tərəfindən qazi, şəhid, aztəminatlı ailələr və valideyn himayəsindən məhrum olmuş uşaqlar olmaqla 700 ailəyə qurban bayramı ilə əlaqədar sovqatlar verilib. Şəhid ailələri ziyarət olunub, sovqatlar öz evlərində təqdim edilib.

Nəşr edilib : 28.06.2023 23:05