AZ EN RU

Naxçıvanda 57 yaşlı kişi özünü güllələyib

Naxçıvanda 57 yaşlı kişi özünü güllələyib.
Hadisə Şahbuz rayon Badamlı kəndində qeydə alınıb.
Kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Afət Babakişi oğlu özünü güllələyib.
O, Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Nəşr edilib : 02.01.2024 20:55